Sabahdan daha iki marşrut kart sisteminə keçir

Bakıda fəaliyyət göstərən daha iki marşrut kart sisteminə keçir.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 8-dən 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşviqabad qəsəbəsi – “20 Yanvar” m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Müşfiqabad qəs. (Qaradağ r-nu)

Müşfiqabad qəs. (Qaradağ r-nu)

Müşfiqabad qəs. (Qaradağ r-nu)

Müşfiqabad qəs. (Qaradağ r-nu)

Sulutəpə qəs. (Binəqədi r-nu)

Rəşid İsmayılov 56 (Binəqədi r-nu)

Asif Məhərrəmov 1 (Nəsimi r-nu)

Müzəffər Həsənov 51 (Yasamal r-nu)