"Sabah"la "Neftçi" qarşılaşdı - Qalib məlum oldu

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Yenicag.az xəbər verir ki, günün ilk matçında “Sabah” “Neftçi”ni qəbul edib.

“Bank Respublika Arena”dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi”nin yeganə qolunu 50-ci dəqiqədə Sezar Meza Kolli vurub.

“Ağ-qaralar” qələbə sayəsində xallarının sayını 28-ə çatdırıb. Son ölkə çempionu “Zirə” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. “Sabah” isə 20 xalla 5-cidir.

Qeyd edək ki, günün digər görüşündə “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Tura fevralın 28-də keçiriləcək “Səbail” – “Zirə” və “Keşlə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600