Sabiq icra başçısı azad olunması üçün Ali Məhkəməyə şikayət etdi

media-hightechnic-468x90

Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər 6 nəfər barələrində olan hökmün dəyişdirilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Yenicag.az-ın məlumatına görə, fevral ayının 22-də hakim İlkin Rəcəbovun sədrliyi ilə adıçəkilən şəxslərin kassasiya şikayətinə baxılacaq. Qeyd edək ki, şikayətçilər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, Gültəkin Sadıqova 6 il 6 ay, Telman Zahidov 8 il 3 ay, Əjdər Kərimov 8 il 6 ay, Anar Cəfərov 8 il, Vurğun Əkbərov 9 il, Vüqar Nağıyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 aya, Gültəkin Sadıqovanın cəzası 6 il 6 aydan 6 ilə, Əjdər Kərimovun cəzası isə 8 il 6 aydan 8 ilə endirilib.

Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs ediliblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa