Reklam: High Technic
hightechnic

Sabirabadlı saqqal kəsənin müəllimi Kəbəni təhqir etdi – Foto-Video

10592202_10203550626559025_151973934_nİranın yeni siması Seyyid Taleh Boradigahi: “Kərbəla, neçə Kəbəycən sənin fəzlün var, heç sənin tozuna çatmaz, Kəbə”

Bu video redaksiyamıza göndərildiyi zaman hələ sosial şəbəkələrdə paylaşılmamışdı. Biz bu videonu yayınlamadıq. Və sözün düzü, bu videoda səslənən fikirlərin məhz özünü cəfəri məzhəbinin Azərbaycandakı nümayəndələri sayan din xadimləri və saytlar tərəfindən tənqid olunmasını gözlədik.

Çünki nə videoda səslənən fikirlər normal qarşılanacaq kimi idi, nə də danışan adam və danışdığı məclis adi toplantı yeri…

Videoda özündən çıxıb Kəbəni təhqir edən cənub zonasının məşhur rövzəxanlarından Seyyid Taleh Boradigahidir. Əslən Masallıdan olan bu şəxs təkcə rayonunda deyil, İranda da məşhurdur. Özünə farslara məxsus təxəllüs götürən bu şəxs Azərbaycana qara yaxan“Səhər” kanalının bülbüllərindən biridir. Bakıda da hörmət-izzət sahibidir. Belə ki, uzun müddət Nizami metrosunun yaxınlığında, İran Mədəniyyət Mərkəzinin iki addımlığında tutduğu ofisdə çox “toplantı”lar keçirib, sonra qonaqları arxa qapıdan yola salan adamdır.

Əksər dini toy və mərasimlərdə xalqı əyləndirən-coşduran Seyyid Taleh ən son olaraq da öz qəhrəmanlığından danışıb. Almaniyadan gələn qonaqları (yəqin ki, Hitlerin xaçpərəst əmisi oğlanlarına) üçün dediyi sözləri şiə məclisində fəxrlə təkrarlayan seyyid adına ləkə olan bu şəxs deyib ki,

“Kəbə fəxr eləməsin ki, mən beytullaham.

Kərbəla, neçə Kəbəycən sənin fəzlün var.

Heç sənin tozuna çatmaz, Kəbə.

Çünki sənin qolsuz Əbəlfəzlün var”.

Allah Kərbəla çölündə şəhid olan Həzrəti Hüseyn ağamıza və cəmi əsgərlərinə rəhmət eləsin. Əlbəttə ki, o şəhidlər bizim üçün əzizdir. Lakin Kəbə-Allahın evi bizdən öncə Həzrəti Hüseyn və Əbəlfəz üçün əziz idi. Allahın qoruduğu Kəbə haqqında bu təhqiri kimsənin deməyə haqqı yoxdur. Kərbəla ilə Kəbə isə müqayisə olunmazdır. Çünki Kəbə Həzrəti Əlinin (ə) də doğulduğu müqəddəs məkan olduğu halda Kərbəla qəm-kədər yeri oldu. Həzrəti Əli kimi oğlu Həzrəti Hüseyn də kufəlilərin xəyanətinə qurban getdi. Əgər Kərbəla müqəddəs yer olsaydı, oranın əhalisi kənardan Həzrəti Əbəlfəzin qolsuz bədəninə ağlamaq əvəzinə meydana girib, sərxoş Yezidin ordusu ilə döyüşərdilər. Ancaq nə baş verdi? Həzrəti Hüseyni çağıran xain kufəlilər daha sonra Peyğəmbərimizin nəvəsinə qarşı döyüşdülər. Belə bir yer müqəddəs ola bilərmi? Kərbəla sadəcə qəlbimizdə bir yaradır. Kərbəla Həzrəti Hüseynin xəyanətlə üzləşdiyi bir məkandır. Bu səbəbdən də nəinki Kərbəla, heç sənin Qumun da Kəbənin bir zərrəsi olmaq şərəfinə nail ola bilməz.

Və Seyyid Taleh adlı bu mürtəd deyir ki, “Ağa dedi ki, 20 dəfə Həccə getsən, bir Kərbəlanın savabını alacaqsan”. Yengəsi gülüm olanın başına külüm olar. Sən nəsən ki, ağan nə olacaq. Ağanın başı nə zaman dumandan ayılacaq ki, həqiqəti görə bilsin.

Əslində, bu şəxslərin sözləri böyüklərinin dediklərinin təkrarıdır: “İmamların (ə) hərəmlərində namaz qılmaq müstəhəbdir. Hətta deyilib ki, orada qılınan namaz (Kəbə və Mədinədə) qılınan namazlardan daha üstündür. Rəvayət olunmuşdur ki, Əli (ə) hərəmində qılınan namaza yüz min savab vardır.”[Əli əl-Hüseyni Sistaninin “Minhəcus salihin” kitabı. Səh-187]

Halbuki bu zavallılar Qurandan azacıq xəbərləri olsaydı, bilərdilər ki, 20 dəfə Həccə getmək nəinki milyon dəfə Kərbəlaya getməkdən xeyirlidir və ən başlıcası Kəbəyə min dəfə getsən və sonra bir dəfə şirk qoşsan, bütün əməllərin batar.

Qurani Kərim necə buyururdu: “Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidülhəramdan (Kəbədən) döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!”

Yəni, Seyyid Taleh və ağası kimilərə Quran 1400 il əvvəl yerlərini-yanacaqları cəhənnəmi işarə edib. Nə deyək, atəşiniz bol olsun. Kəbə hər zaman Beytullah olması ilə fəxr edəcək…

Necə ki, Həzrəti Peyğəmbərimizin babası Əbdülmüttəlib Əbrəhənin qarşısına keçib, dəvələrini istəyərkən, “Kəbənin sahibi onu qoruyar” demişdi və Allah Təala əbabil quşları ilə o böyük ordunu məhv etdi…

Siz isə farsın içindəki İslam düşmənliyini Kəbəni aşağılamaq yolu ilə ifraz edirsiniz. Buna cəza olaraq da, cəhənnəmdə yanmanız yetərlidir…

hqdefaultP.S. Onu da qeyd edək ki, Seyyid Talehin Sabirabadda saqqal qırxma dələduzluğu həyata keçirdiyi üçün həbs olunan Rəmzi Zeynalovla əlaqəsi üzə çıxıb. Sosial şəbəkələrdə paylaşılan şəkillərdən göründüyü kimi hər iki şəxs tanış olub və hətta Rəmzi kimi savadsızların Seyyid Taleh kimi İranın Azərbaycandakı diversantlarının təsirinə düşərək, cinayət işləmələri mümkündür.

Azerinfo.org

 

www.yenicag.az

102