Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sahibə Qafarova Erkan Özoralla görüşdü

Reklam: High Technic

Oktyabrın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Yenicag.az xəbər verir ki, Milli Məclisin Sədri bildirdi ki, Ermənistanın Azərbaycana qarşı təxribatlarının başlamasının ilk dəqiqələrindən Prezident Rəcəb Tayyib Ərdoğan birmənalı mövqe ortaya qoyub, Türkiyə xalqının və dövlətinin Azərbaycanın yanında olduğunu bildirib.

Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop şəxsən mənə zəng edərək öz dəstəyini ifadə edib, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar öz mövqelərini ortaya qoyublar. Milli Məclisin Sədri Azərbaycana verilən bu dəstəyə görə Türkiyə xalqına, dövlətinə və rəsmilərinə dərin təşəkkürlərini çatdırmağı səfirdən xahiş edib. Sədr Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiyanın da Ermənistanın ölkəmizə qarşı təxribatlarını pisləyən Birgə Bəyanatla çıxış etməsini yüksək qiymətləndirdiyini ifadə edib. Milli Məclisin Sədri TBMM sədrinə yazdığı məktubda siyasi partiyaların bu dəstəyinə görə təşəkkürünü bildirdiyini diqqətə çatdırıb. Qeyd etdi ki, Türkiyənin ölkəmizə hərtərəfli dəstəyi ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” fəlsəfəsinə uyğundur.

Milli Məclisin Sədri Sahibə Qafarova Ermənistanın təxribatları ilə bağlı Türkiyənin televiziya kanallarının mütəmadi verilişlər hazırladığını, “TRT Haber”in ondan müsahibə aldığını da xatırlatdı. Sədr Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Ravza Kavakçının da telefon zəngini və ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib.

Bu görüşdən və Milli Məclisin Sədrinin sözlərindən dərin məmnuniyyət duyduğunu bildirən səfir Erkan Özoral diqqətə çatdırıb ki, Qafqaz İslam Ordusunun 100 illiyinin və Azərbaycanın Dağlıq Qarabağın azad edilməsi uğrundakı zəfər yürüşünün onun səfir olduğu dövrə təsadüf etməsinə görə özünü çox şanslı hesab edir. Səfir Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəkkürlərini Türkiyə xalqına, dövlətinə və rəsmilərinə çatdıracağını qeyd edib. Bildirdi ki, Azərbaycan Türkiyənin qardaşıdır, Türkiyə qardaşlıq borcunu yerinə yetirir və bundan sonra da bu istiqamətdə addımlarını atmağa davam edəcəkdir.
Söhbətin sonunda ən qısa müddətdə Azərbaycan Ordusunun qələbə xəbərlərinin eşidiləcəyinə əminlik ifadə olunub.

Loading...

www.yenicag.az

263
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100