Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şahin Ağabəylisiz 45-ci doğum günü… - Dostları mərhum jurnalisti anırlar

Bu gün 11 il əvvəl avtomobil qəzasında faciəvi şəkildə həlak olan «Milli Yol» qəzetinin və «Poliqon» İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin doğum günüdür.

Yenicag.az xəbər verir ki, Şahin Ağabəyli 1976-cı il yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. O, 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən təhsil almaq üçün Türkiyə Quru Qoşunlarının Hərbi Akademiyasına üçün göndərilən 23 gəncdən biri olub.

1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunub. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunub.

Şahin Ağabəyli Türkiyədə Quru Qoşunlarının Hərbi Akademiyasını bitirsə də, əsas fəaliyyəti jurnalistika ilə bağlı olub. 2003-cü ildə «Milli Yol» qəzetini təsisçisi və baş yazarı olan Şahin Ağabəyli 2006-cı ildə «Poliqon» İnformasiya Agentliyinin qurucusu olub.

O, 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunsa da, bir müddət sonra prezident tərəfindən əfv edilib.

2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis edib.

2010-cu il oktyabrın 27-də Bakı-Astara magistralında, ağır yol qəzasında dünyasını dəyişib.

Şahin Ağabəyli evli idi, bir övladı yadigar qalıb. Bir insanın böyüklüyü həm də onu vəfatından sonra necə xatırlamasından bilinir. Mərhum Şahin Ağabəyli təkcə dostları, yaxınları üçün deyil, eləcə də mətbuat üçün ağır itkidir.

“Poliqon” İnformasiya Agentliyinin rəhbəri və Şahin Ağabəylinin qardaşı Azər Qaramanlı mərhum jurnalisti bir dost olaraq xarakterizə edərək bildirib ki, Şahin Ağabəylinin digər media rəhbərlərindən fərqi öz əməkdaşlarına tam sərbəstlik verməsi idi. Şahin özü millətçi olsa da, qəzetində liberallara daha çox yer ayırırdı. Burada onlara hansısa qadağalar qoymurdu.

O, siyasi baxımdan razılaşmadığı insanlara da qəzetində tribuna verirdi. Bu, onun söz azadlığına verdiyi qiymət idi. Şahin sona qədər söz azadlığını qoruyub saxladı və onun Azərbaycan mətbuatındakı bənzərsizliyi bundan ibarət idi.

Jurnalist Pərvin Kazımoğlu isə Şahin Ağabəylinin insanlara etimad göstərməyi, inanmağı və şans verməyi bacardığını qeyd edib. Bununla yanaşı, Şahin Ağabəyli ölkənin ən böyük, ən radikal qəzetlərindən birini əmanət edə biləcək qədər cəsarətin sahibi idi. Heç nədən çəkinməzdi, təhlükənin üzərinə getməyi bacarırdı. Özündən əvvəl dostlarını, ailəsini düşünürdü.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Şahinin jurnalistikaya hörmət edən və etdirən qələm adamı olduğunu qeyd edib.

“Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu Şahin Ağabəylinin Azərbaycan mətbuatının istedadlı və fədakar bir təmsilçisi olduğunu qeyd edib. O, bildirib ki, Şahin ideoloji olaraq ölmədi. Biz Şahinin buraxıb getdiyi davanın təmsilçiləriyik və bu davamızı bu gün də aparırıq.

Davamızın əsas qayəsi odur ki, Azərbaycanda azad söz və mətbuat olsun və azad sözü təmsil edən insanların bu söz uğrunda mücadiləsinin bir nəticəsi olsun.

Qeyd edək ki, Şahin Ağabəyli yaşasaydı, bu gün 45 yaşını qeyd edəcəkdi.

Allah rəhmət eləsin!

Loading...

www.yenicag.az

241