!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şahmatçımız Fransa çempionu oldu

!Reklam – Yazi

Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.

Şahmat Federasiyasının mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi “Chartres Echecs” 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib. Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

Qeyd edək ki, 29 xalı olan “Bischwiller” ikinci, 27 xal toplayan “Asnieres le Grand Echiquer” komandası üçüncü yeri tutub.

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv