Şamaxıda ağır qəza: ölən var

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniçağ.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 28-də saat 1 radələrində Şamaxı şəhərinin girişində şəhər sakini İlqar Teyfurovun idarə etdiyi “VAZ-21214” və Bakı şəhər sakini Nazim Manafovun idarə etdiyi “Wolksvagen” markalı avtomobillər toqquşub.

Nəticədə İ.Teyfurovun sərnişini, həmyerlisi Ramin Nəsirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Yeniçağ.az