Samur-Abşeron kanalında uşaq batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Yenicag.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

COP29