Sarkisyan Ərdoğanı təbrik etdi

media-hightechnic-468x90

45627Ermənistan prezidenti Serj Sarkisyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Sarkisyan Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

“Prezident seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə can sağlığı, türk xalqına isə uğurlar və nailiyyətlər arzulayıram. Türkiyə prezidenti seçilməklə əldə olunmuş ikitərəfli razılıqları həyata keçirə biləcək imkanınız var”, deyə Sarkisyan məktubunda bildirir.

Qeyd edək ki, avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52 faiz səs toplamaqla qalib gəlib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600