!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarkisyanın müharibə blefinin pərdəarxası – Millət vəkili açıqladı

!Reklam – Yazi

 

sa`rkesya`n-ffElman Nəsirov: “Atəşkəsi pozmaqla Ermənistan prezidenti artıq özünü labirintə saldı, həlqə qapandı” 

Cəbhə bölgəsində aprelin əvvəlində baş verən olaylardan sonra Moskvada atəşkəs razılaşması əldə olunsa da, son günlər Ermənistan yenidən öz ampulasına uyğun hərəkət edərək  hərbi əməliyyatları bərpa edib.  Amma buna baxmayaraq yenə də Ermənistan ağır zərbələr almaqdadır.  Görəsən, Sarkisyan aprelin 2-5 arasında aldığı sarsıdıcı zərbələrdən hələ də nəticə çıxarmayıb? Yoxsa elə düşünür ki, revanş ala biləcək?

elman-1_1403933760bghfbcvMilli Məclisin deputatı, politoloq Elman Nəsirov Yenicag.az-a açıqlamasında bildirdi ki, Sarkisyanın atəşkəs razılaşmasını pozaraq cəbhədə təxribat yaratması daha çox Ermənistanın daxili auditoriyasına hesablanmış addımdır:  “Aprelin əvvəlində Ermənistanın silahlı təxribatına  Azərbaycan ordusu layiqli cavab verərək, düşmənə sarsıdıcı zərbə endirdi.  Boks dililə desək indi düşmən tərəf naqdaun vəziyyətdədir.  Artıq o başını itirib, beyindən silkələnmə alıb.  Beyin silkələnməsi aldığından da bundan sonrakı atdığı addımları da düşünülməmiş addımlardır.  Beli ki, indiki vəziyyətdə Ermənistan prezidenti danışıqlar prosesindən imtina etdiyini bəyan edib. Halbuki Ermənistan prezidenti indiyə qədər də faktiki olaraq danışıqlardan imtina etmişdi. Sadəcə fon yaradırdı ki, guya danışıqlarla məşğuldur, münaqişənin silh yolu ilə həllini istəyir. Reallıqda isə heç bir razilaşmaya getmirdi.  Məhz bu səbəbdən bu günə qədər də heç bir nəticə yoxdur. Sarkisyanın ölkəsində onsuz da heç bir nüfuzu yox idi.  Amma son hadisələr, cəbhədə aldığı zərbələrdən sonra isə o tamamilə olan qalan nüfuzunu da itirdi.  Erməni xalqı ona nifrət edir və hesab edir ki, xalqı dilənçi kökünə salan da, gənclərini mənasız ölümə göndərən də odur.  Belə olan vəziyyətdə Ermənistanın heç bir gələcəyi yoxdur.  Bunun baiskarı da məhz Ermənistan prezidentidir.  Bunu Sarkisyan gözəl dərk edir. Təsadüfi deyil ki, Müdafiə Nazirliyinin 3 generalını işdən qovdu.  Ermənistan parlamentində müdafiə, baş qərargah və xarici işlər nazirlərinin istefası tələbləri səslənir. Bütün bunlar göstərir ki, Ermənistan dövləti məğlubiyyət ovqatının yaratdığı depresiya halındadır.  Onlar hazırda heç zaman üzləşmədiyi bir reallıqla üzləşiblər, bu da məğlubiyyətdən doğan bir sindromdur.  Belə olan vəziyyətdə Sarkisyan revanş haqqında düşünür.  O bir şeyi fikirləşir ki, necə etsin süni və qısa müddətli də olsa özünə bir qədər rəğbət yarada bilsin.  Bunu da təxribatlar yolu ilə etməyi qərara alıb.  Bütün dünyanın diqqətində yenə də Azərbaycandır.  Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının VII Forumuna ev sahibliyi edir. Dünyanın 140 ölkəsindən prezidentlər, baş nazirlər, xarici işlər nazirləri, beynəlxalq təşkilat üzvləri, akademik dairələr bu tədbirdə təmsil olunur.

Belə bir vəziyyətdə Sarkisyan növbəti təxribatlara getməklə özünün tamamilə itirilmiş, məhv olmuş imicini süni və qısa müddətli də olsa bərpa etmək istəyir. Yəni o belə bir ucuz yol seçib. O danışıqlardan imtina edir. Danışıqların alternativi də müharibədir.  Hesab edirəm ki, müharibə başlasa indi nakdaun vəziyyətində olan Ermənistan yüz faizlik nakauda düşəcək. Bu onun üçün qaçılmaz olacaq.  Ona görə də Sarkisyan Ermənistana əli dolu gələn Rusiya xarici işlər nazirini də əli boş yola salıb.  Bununla Sarkisyan guya müstəqil prezident olduğunu, erməni xalqının mənafeyindən çıxış etdiyi görüntüsünü  yaratmağa çalışır. Amma şair demişkən, “kimi aldadırsan, a zalım oğlu. Onsuz da sənin müstəqil siyasət yürütmək iqtidarında olmadığın, kölə olduğun hər kəsə bəllidir.   Erməni xalqı da kölə və ələ baxan prezidentini gözəl tanıyır. Ona görə də Sarkisyanın indi cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək istiqamətindəki bütün cəhdləri mənasızdır.  Son nəticədə Ermənistan prezidenti başını itirəcək.  Bir qədər əvvəl naqdaun vəziyyətinə düşməmişdən öncə heç olmasa dərk edirdi ki, yalandan da olsa danışığa getmək lazımdır. İndi isə başını elə itirib ki, artıq bütün dünya bundan sonra danışıqlardan imtina edən tərəfin  Ermənistan olduğunu biləcək.  Deməli Ermənistan prezidenti artıq özünü labirintə saldı, həlqə qapandı.  Bundan sonra Sarkisyan karyerasının nə vaxt sonuclanacağı günləri, saniyələri hesablamalıdır”.

ELÇİN

COP29

www.yenicag.az

893
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv