“Səbail” “Araz-Naxçıvan”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ikinci matçında “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Pedro Nuno penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “dənizçilər” 2-ci pilləyə yüksəlib. Naxçıvan klubu 10 xalla beşincidir.

Qeyd edək ki, günün ilk görüşündə “Sabah” “Kəpəz”lə heç-heçə edib – 2:2. Daha əvvəl “Sumqayıt” – “Turan Tovuz” (0:0) və “Zirə” – “Neftçi” (1:1) qarşılaşmaları bərabərliklə yekunlaşıb. Tura sentyabrın 25-də “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.