Sədərək yenə yandı-Fotolar

media-hightechnic-468x90

iiiiiBu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilnə əmlumata görə, hadisə ticarət mərkəzinin 3-cü sıra, 7-ci korpusunda baş verib.

Hadisə nəticəsində ümumi sahəsi 163 kv.m olan 5 mağazanın yanar konstruksiyaları, lambirdən ibarət tavanı və içərisində olan mallar 12 kv.m sahədə yanıb. Hadisə yerinə 5 yanğınsöndürən cəlb olunub.

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xoşbəxtlikdən yanğında xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600