!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid əsgərin medalı ailəsinə təqdim olundu

!Reklam – Yazi

141472_res_01Bu gün Göygöl Rayon İcra Hakimiyyətinin binasında ötən ay cəbhədə ermənilərlə döyüşdə şəhid olan Sərxan Azər oğlu Bağırovun ölümündən sonra təltif edildiyi medalın ailəsinə təqdim olunması mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani çıxış edib, şəhidin döyüş yolundan, göstərdiyi şücaətdən bəhs ediblər.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü əsgər Sərxan Bağırov Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhid əsgər müdafiə naziri Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Medal şəhidin anasına təqdim olunub.

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv