Şəhid hərbi qulluqçumuz dəfn edildi

Vətən müharibəsində şəhid olmuş hərbçi Ələkbər Əlövsət oğlu Musayev dəfn olunub.

Yenicag.az xəbər verir ki, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ə. Musayev doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində bu gün torpağa tapşırılıb.

Tabuta bükülmüş Azərbaycan bayrağı şəhidin atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Musayevə təhvil verilib. Dəfn fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib.

Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.

O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olub.