Şəhriyar Məmmədyarov bu gün Aronyanla qarşılaşacaq

media-hightechnic-468x90

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində sonuncu görüşünü keçirəcək.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın IX turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gələcək. O, qara fiqurlarla oynayacaq.

Məmmədyarov I, V və VIII turlarda müvafiq olaraq ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Lenyer Domingesə uduzub.

Təcrübəli şahmatçı II, III, IV və VI turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib, VII turda isə FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib.

Məmmədyarov hazırda 3 xalla Rapportla birlikdə 9-10-cu pillələri bölüşdürür. 5 xala malik Aronyan və So ilk pillələrdə yer alıb. So sonuncu qarşılaşmasında həmyerlisi Domingeslə oynayacaq.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05