Reklam

Reklam

Dekabrın 9-da, axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında ölən və yaralananların hamısının şəxsiyyəti müəyyən edilib.

Yenicag.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Murad Nadir oğlu Bağırovun idarə etdiyi “Mersedes” markalı “57 BN 577” dövlət nömrə nişanlı minik avtomobili ilə 1959-cu il təvəllüdlü Gəncə şəhər sakini Şamil Mehdiyevin idarə etdiyi “Passat” markalı “20 DA 133” dövlət nömrə nişanlı minik avtomobili qarşı-qarşıya toqquşub.

Ağır qəzadan sonra “Passat” markalı avtomobilin sürücüsü Şamil Mehdiyev və avtomobildə sərnişin qismində olan Rusiya vətəndaşları 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova hadisə yerində ölüblər. Digər sərnişin 1949-cu ildə Şəmkir rayonunda doğulan və hazırda Rusiya vətəndaşı olan Rəfael Tağı oğlu Qasımov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) çatan an ölüb. Digər yaralı 1963-cü ildə Yevlax rayonunda doğulan və hazırda Rusiyanın Primorski vilayətində qeydiyyatda olan İsa Hilal oğlu Abbasov ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

“Mersedes” markalı avtomobilin sürücüsü Murad Bağırov və sərnişinləri 1992-ci il təvəllüdlü Qax rayon sakini Elvin Babək oğlu Qasımlı və 1992-ci il təvəllüdlü Göygöl sakini Rəşad Məzahir oğlu Aslanlı Mingəçevir ŞMX-a yerləşdiriliblər. Yaralıların vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

Rusiyanın ayrı-ayrı diyarlarından olan Olqa Lesnikova və Oksana Maskolnikova ixtisasca həkim-cərrahdırlar. Onlar qəzada ölən Rəfael Qasımovun qonaqları olublar. “Mersedes” markalı avtomobilin sürücüsü Murad Bağırov, Elvin Qasımlı və Rəşad Məzahir Aslanlı isə hərbiçidirlər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1446
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."