Maşın ağaca çırpıldı: Yaralılar var

media-hightechnic-468x90

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hadisə ötən gecə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2111 markalı maşın yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə rayonun Qaraxıdır kənd sakinləri – sürücü, 1968-ci il təvəllüdlü Fərman Abdullayev və sərnişini, 2010-cu il təvəllüdlü Əlvan Abdullayev xəsarət alıblar. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05