!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə minik maşını traktorla toqquşdu: 3 nəfər yaralandı

!Reklam – Yazi

Şəki rayonunda yol qəzası baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini, 1950-ci il təvəllüdlü Arif Rüstəm oğlu Rüstəmovun idarə etdiyi “VAZ-21015” markalı minik avtomobil Şəki rayon sakininin idarə etdiyi traktorla toqquşub. Nəticədə minik maşınının sürücüsü Arif Rüstəmov, onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Solmaz Soltanəhməd qızı Rüstəmova və oğlu, 1994-cü il təvəllüdlü Rüstəm Arif oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. /Report/

www.yenicag.az

2052
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv