Şəmkirdə oğurluq edən 15 və 18 yaşlı şəxslər yaxalandı

media-hightechnic-468x90

Noyabrın 18-də gecə saatlarında Şəmkirdə yerləşən yaşayış evlərindən birinə daxil olan iki naməlum şəxs ev sahibini kəsici alətlə hədələyərək pulunu və evin açarlarını ələ keçiriblər.

media-banner_tkm

DİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar.

Davam etdirilən tədbirlərlə 2010-cu il təvəllüdlü Elay İsgəndərov və 2007-ci il təvəllüdlü Cəsur Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05