Sərhədçilər arasında saatlarla atışma

media-hightechnic-468x90

22271Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atşıma olub.

Yenicag.az report-a istinadən xəbər verir ki, bu haqda Qırğız Respublikası Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Xəbərə görə, hadisə Batken vilayətinin eyni adlı rayonunun Koço-Karın məntəqəsində baş verib.

Məlumata əsasən, 6-ya yaxın Tacikistan vətəndaşı Qırığız Respublikasının dövlət sərhədini qanunsuz keçərək, Qırğızıstan vətəndaşlarının avtomobilinə daş atmağa başlayıblar. Onlar Qırığız sərhədçilərinin xəbərdarlığına məhəl qoymayıb,Tacikistan ərazisinə qayıtmaqdan boyun qaçıraraq, hərbçiləri daşa basıblar.

Xəbərdə bildirilib ki, hadisə yerinə gedən Tacikistan sərhəd xidmətinin nümayəndələri vətəndaşlarının hərəkətlətinin qarşısını almayıb. Əksinə Qırğız Respubilkasının sərhədçilərinə atəş açıblar.

Atışma nəticəsində Tacikistan vətəndaş yaralanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600