Şərurlu İsfəndiyar oğlunun həbsindən DANIŞDI - “Ayıbdır”
Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovun oğlunun həbs xəbəri yayılıb.
Bu barədə Yenicag.az-a açıqlama verən iş adamı xəbəri təkzib edib:
“Kimlərsə oğlumun həbs xəbərini yayıb. Yalandır, boş şayiədir. Oğlumun həbs xəbərini eşitmisən, zəng et, DİN-dən rəsmi açıqlama al, ya mənim özümdən soruş, hamıya açıq adamam. Niyə yalandan xəbər yayırsan? Boş söhbətdir! Siz peşəkar mediasınız, zəng edib öyrənirsiniz, yalan məlumat yaymırsınız, amma kimlərsə ağzına gələni yazır. Ayıbdır, zəng edib öyrənin, dəqiqləşdirin, sonra yazın”.
Nurlan Cəfəri