“Zirə” ilə “Sumqayıt” qarşılaşacaq

media-hightechnic-468x90

Misli Premyer Liqasında XXXI tura bu gün yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, günün ilk oyununda “Şamaxı” “Kəpəz”lə üz-üzə gələcək.

Şamaxı şəhər stadionundakı matç saat 16:30-da başlayacaq.

Meydan sahibləri 31 xalla yeddinci pillədə qərarlaşıb. 28 xala malik Gəncə təmsilçisi doqquzuncu sıradadır.

Günün maraqla gözlənilən qarşılaşması Bakıda “Zirə” və “Sumqayıt” komandaları arasında oynanılacaq.

Çempionatın lideri “Qarabağ”dan 18 xal geri qalan, 58 xalla ikinci yerdə qərarlaşan “qartallar” bu görüşdə qələbə qazana bilməsə, Ağdam klubunun çempionluğu rəsmiləşəcək. 29 xalı olan “Sumqayıt” isə səkkizincidir.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur
20 aprel

16:30. “Şamaxı” – “Kəpəz”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Vüsal Əliyev.

Şamaxı şəhər stadionu

19:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Munis Abdullayev.

Zirə İdman Komnpleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Neftçi”ni 3:0, “Sabah” “Səbail”i 3:2 hesabı ilə üstələyib. “Araz-Naxçıvan” – “Turan Tovuz” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600