Natiq Cəfərli AYNA-nın cəriməsinə ETİRAZ ETDİ: “Haranızdan uydurub çıxardınız?!” - FOTO

media-hightechnic-468x90

 

Real Partiyasının (REAL) sədri Natiq Cəfərli “Facebook” hesabında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ona tətbiq olunan cəriməyə sərt etirazını bildirib.

Yenicag.az xəbər verir ki, partiya sədri qurumun fəaliyyətini kəskin tənqid edərək, topladığı vəsaitlərin şəffaflığına dair suallar qaldırıb.

N. Cəfərli bildirib ki, bu gün maşınını yalnız ofisinin qarşısında saxlayıb və həmin ərazi binaya məxsus olduğu üçün giriş şlaqbaum vasitəsilə mümkündür. Lakin buna baxmayaraq, AYNA tərəfindən cərimə olunub:

“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən, AYNA, sizdən indicə mesaj aldım. Bugünkü tarixdir, bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib, ofisin qarşısında maşını park etmişəm. Ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur və maşın 7 saatdır ofisin qarşısındadır. Yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxardınız?” – deyə o qeyd edib.

media-8c59341e-0bac-4097-8b08-c08829416c69

Partiya sədri həmçinin çağrı mərkəzinə zəng etdiyini, lakin 4 dəqiqə gözlətdikdən sonra telefonun qapatıldığını vurğulayıb.

O, bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini də açıqlayıb:

“Sizi məhkəməyə verəcəyəm, yetər artıq, insanları zinhara gətirmisiniz!”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600