İradə İbrahimova evliliyinin 16-cı ildönümünü belə qeyd etdi - FOTO
Müğənni İradə İbrahimova ailəsi ilə bağlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, evliliklərinin 16-cı ildönümü olduğunu qeyd edən sənətçi həyat yoldaşı Ceyhun İzer və övladları ilə fotolarını paylaşıb:
“Uşaqlarımızı ailə qurduğunuz insanın görünüşü, qədd-qaməti, var-dövləti deyil, düşüncələri, hərəkətləri, həyata baxışı, zəkası yetişdirir. Şükrüm sonsuzdur. 19.04.2025. 16 il”.
Qeyd edək ki, İradə İbrahimova 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Onların iki övladı var.




