Sevgilisinin ölümünə dözməyib özünü asdı

media-hightechnic-468x90

Neftçalada intihar hadisəsi baş verib.

Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, bir neçə gün əvvəl rayonun Cəngan kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərov İmaməddin Qulam oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib.

Şahidlərin dediyinə görə, İmaməddin rayonun Ərəbqardaşbəyli kəndində yaşayan xalası qızını sevirmiş. O, həqiqi hərbi xidmətdə olduğu zaman xalası qızı başqasına nişanlanıb.

Qızın üç ay əvvəl özünə qəsd etməsini eşidən oğlan özünü asıb. Onun cibindən aşkarlanan məktubda “Mən onsuz qala bilmirəm. O gedibsə, mən də onun yanına gedirəm” sözləri yazılıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600