!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seysmoaktivlik və sürüşmə təhlükəsi”nın təbliği məqsədilə maarifləndirmə tədbirləri keçirildi - FOTO

!Reklam – Yazi

“Seysmologiya Sahəsində Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dəstəyi Şurası”-nın elan etdiyi 2024-cü il Kiçik Qrant müsaqibəsinin qalibi olmuş və məktəbli və tələbələr arasında “Seysmoaktivlik və sürüşmə təhlükəsi”nın təbliği məqsədilə Şamaxı və İsmayıllı rayonlarında maarifləndirmə tədbirləri keçmişdir. Layihənin bu rayonlarda keçirilməsinin əsas məqsədi həmin zonaların kifayət qədər seysmoaktiv olması, eləcə də sürüşmə prosesinin tez-tez baş verməsidir.

Ümumilikdə, layihə çərçivəsində 4 tədbir keçirilmişdir. 23.10.2024-cü il tarixində və 25.10.2024-cü il tarixində Şamaxı şəhərində Şamaxı Dövlət Regional Kollecində keçirilən tədbirlər zamanı mövzu kifayət qədər maraqla qarşılanmışdır.

Tədbirlərə kollecin “Tələbə və gənclər təşkilatı”nın sədri və “İqtisadiyyat” şöbəsinin müəllimi Dadaşov Yusif öz çıxışı ilə başlamış, daha sonra “Seysmologiya sahəsində Maarifləndirmə” İctimai Birliyinin direktoru Səmədzadə Afaq layihə haqqında ümumi məlumat verərək, İ.Cəlilova öz məruzəsi ilə dəvam etdirmişdir.

24.10.2024-cü il tarixində və 28.10.2024-cü il tarixində isə “İsmayıllı Dövlət Humanitar və Texnologiya” kollecində keçirilən tədbirdə kollecin “Əyani” şöbə müdiri Ağayev Elmir tədbiri açıq elan etmiş və Səmədzadə Afaq layihənin aktuallığını vurğulayaraq, təlimçi tərəfindən tədbir davam etdirilmişdir.

24.10.2024-cü ildə keçirilən layihə bitdikdən sonra “İsmayıllı Dövlət Humanitar və Texnologiya” kollecinin direktoru Süleymanlı Kəmalə və “Əyani” şöbə müdiri Ağayev Elmir ilə birlikdə Vətən müharibəsi Şəhidlərinin adına kollecdə ucaldılmış abidə yad edilmişdir.

Hər 4 tədbirin tədbirin sonunda tələbələrin sualları cavablandırılmış. Daha sonra isə tələbələr üçün su və meyvə dəsti, eləcə də dəftəxana ləvazimatları paylanılmış və tədbir yekunlaşmışdır.

COP29

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv