Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şeyx Səudiyyə Ərəbistanına getdi

Reklam: Sinerji Pro

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 28-də Səudiyyə Ərəbistanına səfərə yola düşdü.

QMİ-dən Yenicag.azhttps://yenicag.az/-a verilən məlumata görə, səfər Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilir. Səudiyyə Ərəbistanı Kralının müşaviri d-r Səəd bin Naser Əl-Şesrinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində QMİ sədri A. Paşazadə İslam Aləmi Liqasının Baş Katibi, Kəbənin imamı, Məscidül-Həramın işlər rəisinin müavini ilə görüşəcəkdir.

Sentyabrın 4-nə qədər davam edəcək səfərin proqramına Ümrə ziyarəti, Məkkə, Mədinə, Taif şəhərlərində bir sıra görüşlər, həmçinin, Kəbənin örtüyünün hazırlandığı fabriki Kəbə saatı muzeyini ziyarət, krallıqda həyata keçirilən bir sıra layihələrlə tanışlıq daxildir.

www.yenicag.az

588
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM