!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ölkədə radikal dini ÇAĞIRIŞLAR: "Sərt tədbirlər görülməsə, Azərbaycanın dövlətçiliyi..." - Keçmiş DTX zabiti

!Reklam – Yazi

“Dindarların siyasi mübarizəyə qoşulmasına, ümumiyyətlə, imkan vermək olmaz. Onların son məqsədlərin konstitutsion quruluşu dəyişib şəriət dövləti qurmaqdır”.

Bu fikirləri son günlər Azərbaycanda dini cəryanların aktivliyinin, bunun təhlükəli tərəfləri və prosesin arxasındakı güclər barədə danışarkən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.

İlham İsmayıl bildirib ki, İran və Rusiya Azərbaycana qarşı hər cür vasitəyə əl atır:

“Hazırda baş verənlər çox ciddi problemdir. Din siyasətə qarışanda həmişə ciddi problem olub. Din həssas mövzu olduğuna görə bəzi ölkələrdə təzyiq vasitəsinə çevrilib və alət kimi istifadə olunub. Son bir həftədə Azərbaycanda bəzi dindarların bəyanatları, Moskvadakı məsciddən verilən bəyanat, bunları daxildən yayımlayan bəzi internet kanalları, eyni zamanda, İranın “Səhər” kanalının xüsusi aktivləşməsi, Azərbaycan dövlətinə qarşı “Allahın təhqir olunması”nın əsas gətirilməsi onun göstəricisidir ki, Azərbaycana xaricdən siyasi cəhətdən nə İran, nə də Rusiya təsir edə bilir. Bilirlər ki, Türkiyə kimi müttəfiq var. Ona görə də içəridən dağıtmağa, təzyiq etməyə başlayıblar. Daxildə müxalifətin gücü yoxdur, Qarabağ qələbəsindən sonra bəzi sosial problemlər istisna olmaqla xalqla hakimiyyət arasında bir qədər yaxınlaşma var, alət olaraq din ön plana çıxır. Rusiya ilə İran bu işdə koordinasiyalı hərəkət edir. Moskva məscidində məlum insanların çıxışları dini qorumaq üçün deyildi. Bunlar Azərbaycanda sabitliyi dağıtmağa yönəlmiş məsələlərdir. Onların iddiaları var ki, Azərbaycanda Allah təhqir olunub. Allah təhqir olunubsa, siz kimsiniz ki, Allahın əvəzinə o insanlara cəza verəsiniz? Dindən bilirik ki, yolunu azmışlara Allah özü cəza verə bilər. Allah özü bilir, necə cəza verəcək. Onlar kimi bəndələr uydurduqları məsələyə cəza verə bilməzlər.

Taleh Bağırzadə məsələsini biraz qabartmaqla, onun aclığa başlaması ilə də məhzəblər arası davanı qızışdırırlar. Qafqaz Müsəlmanlar İdarəsi ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin verdiyi bəyanatlar təsadüfi deyil. Çox təəssüf ki, bəzi məsələlərə orada aydınlıq gətirilmir, adlar çəkilmir. Bunun diplomatik tərəfini başa düşürəm. Bəzi məsələrdə adlar çəkilməlidir.

Dövlət Təhlükəsizlik Xidməti bu işin aradan qaldırılmasında öndə olan qurumdur. Radikal dindarlara qarşı əməliyyat şəraitinə həmişə nəzarət olub. İndi də o nəzarət mövcuddur, işlər də görülür. Sadəcə olaraq bəzi insanlarla maarifləndirmə və profilaktika işi aparmaq lazımdır. Elə dindarlar var ki, onların beyinləri yuyulub. Hər hansısa bir maarifləndirmə ilə onları düz yola gətirmək mümkün deyil. Onları məhz qanuni yolla düzgün yola gətirmək olar. Onları cəzalandırmaq lazımdır. Maarifləndirmə işini isə xalqa yönləndirmək lazımdır. Ara qarışdıranların əsas məqsədi nə dindir, nə də Allahdır. Onların istəyi Azərbaycanda şəriət dövləti qurmaqdır.

Din elə həssas mövzusudur ki, insanları manipulyasiya etmək olar. Mövzu barədə kimsə iradını bildirəndə deyirlər ki, Allaha qarşı çıxırsan? Ona görə də bəzi insanlarda gözləmə mövqeyi olur. Gözləmə mövqeyi olanda onların da ayaqları yer alır. Əgər sərt tədbirlər görülməsə, Azərbaycanın dövlətçiliyi təhlükə altına girər. Bunu etmək istəyən güclər var”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

5778
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv