!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirvanda yanğın baş verib

!Reklam – Yazi

indirŞirvan şəhərində yanğın hadisəsi baş verib.

Şirvan Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən verilən məlumata görə, Şirvan şəhəri Nizami küçəsi – 17 ünvanında, 1971-ci il təvəllüdlü Yolçuyev Nəsrəddin Fərzi oğluna məxsus fərdi yaşayış evi yanıb.

Yanğın hadisəsi saat 15.00 radələrində qeydə alınıb. Ümumi sahəsi 120 kvadratmetr olan mənzilin 80 kvadratmetri yanıb. Yanğının söndürülməsinə FHN-in Şirvan Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb və mənzilin digər sahəsinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı evdə heç kim olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.

FHN-in hadisə ilə bağlı yaydığı məlumatda qeyd olunub ki, Şirvan şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 120 kvadratmetr olan 2 otaq, aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 120 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

(apa.az)

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv