Siyam əkizləri 26 saat əməliyyat olundu-Foto
ABŞ-da sinə və qarın hissəsindən bitişik doğulan siyam əkizləri əməliyyat yolu ilə ayrılıblar.
Yenicag.az xəbər verir ki, əkiz qızların sinələri, ağciyərləri, qaraciyərləri, diafraqmaları, bağırsaqları və omba sümüyü bitişik olub. Anaları onları dünyaya gətirəndən sonra qızlar əməliyyat ediliblər. Əməliyyatda 12 cərrah, 6 anestezioloq və 8 tibb bacısı cəlb olunmuşdu. 26 saat davam edən əməliyyatın uğurla keçməsinə baxmayaraq, həkimlər 10 aylıq əkizlərin sağlamlığı üçün hələ də müəyyən təhlükənin olduğunu deyiblər.
Əkizlərin anası Mata qızlarının vəziyyətini hamilə olarkən öyrəndiyini bildirib. 5 yaşlı bir oğlu da olan qadın qızların əməliyyatının uğurlu keçməsindən çox sevinib.
“Houp və Adelinin cərrahiyyə otağından ayrı olaraq çıxdıqlarını görmək mənim üçün böyük xoşbəxtlik idi. Bütün həkimlərə minnətdaram”, – deyə qadın öz sevincini belə ifadə edib.