!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyasi partiyalar müəyyən qədər dalandan çıxmağa çalışsalar da, hələ ki...” – BAXIŞ

!Reklam – Yazi

“Hesab edirəm ki, partiyaların təmərküzləşməsi prosesi indi də öz aktuallığını saxlayır”.

Bu fikirləri ölkədə fəaliyyət göstərən partiyalar arasında qarşılıqlı əməkdaşlıq məsələsində müşahidə olunan durğunluğu şərh edən Aydınlar Partiyasını sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, partiyaların təmərküzləşməsi prosesi indi də öz aktuallığını saxlayır:

“Açığı, son vaxtlar digər partiya sədrləri ilə görüş və təmaslarda istər bloklaşma, istərsə də təmərküzləşmə məsələləri ətrafında müzakirəmiz olmayıb. Ümumiyyətlə, bu mövzu müzakirə predmeti olmayıb.

Bu da yəqin onunla bağlıdır ki, əksər partiyalar indiki şəraitdə bloklaşma, yaxud da birləşmə istiqamətində konkret addım atmaq zərurətini görmürlər. Hər halda, bu da mövcud reallığın bir tərəfidir.

Bildiyiniz kimi, hazırda siyasi partiyalar dövlətdən aldıqları müəyyən dəstək sayəsində öz fəaliyyətlərini aktivləşdirməyə çalışırlar. Doğrudur, partiyalar müəyyən qədər dalandan çıxmağa çalışsalar da, onlar hələ ki siyasi proseslərə aktiv təsir göstərə bilmirlər. Ona görə də, partiyaların təmərküzləşməsi prosesi öz aktuallığını saxlayır”.

A.Zeynalov

www.yenicag.az

623
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv