Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şok əməliyyat: Qulini öldürmək istəyənlər saxlanıldı - VİDEO

Türkiyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları İstanbulda gücrü avtoritet Quram Çixladze və onun dəstəsinə qarşı əməliyyat keçirib.

Yenicag.az xəbər verir ki, Rusiya mafiya qruplaşmaları arasındakı hesablaşma ilə bağlı Türkiyəyə gəldikləri və hər hansı əməliyyata hazırlaşdıqlarını müəyyən edən polis onları izləməyə başlayıb.

Yanvarın 31-də İstanbulun Kağıthanə, Sarıyer və Qaziosmanpaşa rayonlarında həyata keçirilən əməliyyat nəticəsində 9 Azərbaycan, 5 Gürcüstan, 2 Ukrayna və 1 Rusiya vətəndaşı saxlanılıb. Saxlanılanların üzərindən 11 tapança, avtomat və 222 mərmi ələ keçirilib.

Saxlanılanların hədəfində azərbaycanlı qanuni oğru Lotu Qulinin olduğu bildirilib. Onların Lotu Qulini Rövşən Lənkəranskinin ölümündə günahlandırdığı və buna görə də onu cəzalandırmaq üçün İstanbula gəldikləri bildirilib./Axar/

www.yenicag.az

984
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100