!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ŞOK: Tanınmış aktyorun ürəyi dayandı - FOTOLAR

!Reklam – Yazi

Kanadanın dünyaca məşhur aktyoru Qodfri Qao çəkiliş zamanı həyatını itirib.

Yenicag.az xəbər verir ki, Tayvan əsilli aktyorun Çində “Chase Me” adlı proqramının çəkilişlərində halı pisləşib. Aktyor ilk yardımdan sonra xəstəxanaya yerləşdirilib. Lakin 35 yaşlı aktyoru xilas etmək mümkün olmayıb. Məlumata görə, o, ürəktutmasından dünyasını dəyişib.

Aktyorun cənazəsi Taypeyə göndəriləcək. Məşhur aktyorun qəfil ölümündən sarsılan sevənləri evinin qarşısına toplaşıb.

Qeyd edək ki, Qodfri Qao həm də model kimi fəaliyyət göstərib. Fransız stilist Luis Vuitonun birinci asiyalı modeli kimi tanınan Qao Hollivud istehsalı olan “Ölümcül oyuncaqlar”, “Sümüklər şəhəri” və digər filmlərdə rol alıb.

Natavan

www.yenicag.az

943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv