Somalidə prezident sarayı qarşısında partlayış

Somalinin paytaxtı Moqadişoda prezident sarayı qarşısında partlayış baş verib.

Yenicag.az xəbər verir ki, güclü partlayışa səbəb avtomobildə quraşdırılan bombanın partlaması olub.

İnsident nəticəsində ölən və yaralanlar var. Lakin hələlik, onların sayı barədə rəsmi açıqlama verilməyib.

Terror aktının “Əl-Qaidə” ilə əlaqəli olan “Əl-Şabab” terror qruplaşması tərəfindən törədildiyi bildirilir. Məsələ burasındadır ki, “Əl-Şabab” xeyli müddətdir indiki Somali rəhbərliyini devirib, yeni hökumət qurulmasına nail olmağa çalışır.

Loading...