Türkiyədə silah fabrikində dəhşətli yanğın - FOTO/VİDEO
Türkiyənin Konya vilayətində ov tüfəngi istehsal edən fabrikdə güclü yanğın başlayıb.
![]()
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və iki helikopter cəlb olunub.
İşçilər təxliyə edilib. Yanğının söndürülməsinə çalışılır.

Yanğının hansı səbəbdən başlaması məlum deyil.












