“Şouşenkdən qaçış” türməsi turistlər üçün açılacaq

media-hightechnic-468x90

загруженное (5)Amerika kinematoqrafçılarının lentə aldığı məşhur “Şouşenkdən qaçış” filminin çəkilişlərinin aparıldığı Mensfild həbsxanası il ərzində ekskursiya üçün açıq olacaq. Əfsanəvi bina Ohayo ştatında yerləşir və 1990-cı ildən fəaliyyət göstərmir. Həbsxanaya ekskursiya 23 ildir təşkil olunur, lakin yalnız bu il ştat rəhbərliyi binanı təmir etdirmək qərarına gəlib. Ötən il dustaqxananı 80 min turist ziyarət edib və bu, ştata 10 milyon dollar gəlir gətirib. Mensfild türməsi 1886 -1910-cı illərdə yaradılıb. Bina film, televiziya şouları və video çarxlar üçün dəfələrlə istifadə olunsa da, türməyə daha çox 1994-cü ildə lentə alınmış “Şouşenkdən qaçış” filmi şöhrət gətirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600