!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sui-qəsdlərlə dolu 2024 – Kimlər hədəfə TUŞ GƏLDİ?

!Reklam – Yazi

2024-cü il Avropa Parlamentinə seçkilər fonunda bir sıra sui-qəsdlərlə yadda qaldı. Xüsusilə, Avropa ölkələrində baş nazirlərinə qarşı dözümsüzlük müşahidə olunmağa başladı.

Yenicag.az xəbər verir ki, may ayında Slovakiyada müxalif fikirləri ilə tanınan yaşlı yazıçılardan biri küçədə Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd etdi. Hadisə zamanı yazıçı Baş nazirə bir neçə dəfə atəş açıb. “Rob, bura gəl” deyə atəş açmadan əvvəl yazıçı qışqırıb. Daha sonra o, həbs olundu və hökumətin, eləcə də şəxsən Fitsonun apardığı siyasətlə razı olmadığını etiraf etdi. Xoşbəxtlikdən, Baş nazirin həyatı xilas edildi və o, artıq normal iş fəaliyyətinə qayıdıb.

İyunda Danimarkanın paytaxtı Kopenhagendə daha bir zorakılıq hadisəsi baş verdi. Bir kişi baş nazir Mette Frederiksenə hücum edib və ona zərbələr endirib. Danimarka Baş nazirinin ofisi Frederiksenin “yüngül xəsarət” aldığını bildirərək, şənbə günü üçün nəzərdə tutulmuş tədbirləri ləğv etdi. Hücum edən şəxs həbs olunub. Polis şübhəli ilə bağlı ətraflı məlumat verməsə də, onun 39 yaşında olduğu məlumdur. Aydındır ki, bu hadisə də siyasi fikir ayrılıqları ilə bağlıdır. Danimarkanın TV2 telekanalı məlumat yayıb ki, hücumdan əvvəl Frederiksen Avropa Parlamentinə seçkilərdə Sosial Demokrat Partiyasının namizədi Kristel Şaldemosun seçki kampaniyasına qatılıb.

2024-cü ildə ABŞ-də 47-ci prezident Donald Trampa qarşı da iki sui-qəsd cəhdi baş verib. Birinci hadisə iyul ayında olub və güllə onun qulağını sıyırıb. Atəş açan 20 yaşlı Tomas Mettyu Kruks hadisə yerində polis tərəfindən vurularaq öldürülüb. İkinci sui-qəsd isə 15 sentyabrda Floridada baş verib. 58 yaşlı Rayan Uesli Rut qolf meydançasında Trampa hücum etməyə çalışıb. Təhlükəsizlik xidməti ona atəş açsa da, Rut qaçmağa cəhd göstərib, lakin həbs olunub.

Oktyabr ayında isə Kaliforniyanın Riversayd bölgəsində Trampın seçki kampaniyası zamanı silahlı bir kişi saxlanılıb. Yerli şerif hadisəni “ehtimal edilən uğursuz sui-qəsd cəhdi” kimi dəyərləndirib. Nevadadan olan 49 yaşlı Uilyam Millerin üzərində ov tüfəngi və tapança aşkarlanıb. O, Tramp ilə görüş üçün saxta VIP dəvətnamə və jurnalist vəsiqəsi təqdim edib. Millerin sağçı hökumət əleyhinə bir qrupun üzvü olduğu güman edilir. O, yüklü silah gəzdirmək və icazə veriləndən artıq güllə saxlamaq ittihamı ilə həbs olunub.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

139
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv