!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazidə idarəçiliyi ələ almalıyıq" - Hərbi ekspert

!Reklam – Yazi

“Azərbaycan dövləti və ordusu Rusiya sülhməramlılarının görməli olduğu işi özü həyata keçirdi”.

Bunu Azərbaycan ordusunun Buzdux yüksəkliyinə nəzarəti ələ keçirməsinə münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan ordusu apardığı uğurlu əməliyyatları davam etdirməlidir:

“Buzdux yüksəkliyi əvvəl Ağdərə rayonunun ərazisinə düşürdü. Sonra inzibati baxımdan həmin ərazi Kəlbəcər rayonuna verildi. Buzdux strateji yüksəkliklərdən biridir. Düzdür, Ağdərə-Kəlbəcər yolunun giriş-çıxış nöqtəsindən uzaqda yerləşir, ancaq həmin yolun Azərbaycan tərəfdən keçən hissəsinin üzərindədir.

Buzdux yüksəkliyi uğrunda birinci müharibə zamanı çox ağır döyüşlər gedib. Orada çoxlu sayda şəhid vermişik. Buzdux yüksəkliyini götürmək vacib idi.

Son vaxtlar erməni tərəfi atəşkəsi pozurdu. Baxmayaraq ki, həmin ərazilərə sülhməramlılar nəzarət etməlidir, ancaq onlar sadəcə müşahidəçi kimi davranırdılar. Azərbaycan dövləti və ordusu Rusiya sülhməramlılarının görməli olduğu işi özü həyata keçirdi.

Yüksəklikləri tutmaqla yanaşı, onu qorumaq və təminatı çatdırmaq da çox önəmlidir. Artıq qışa hazırlıq prosesi başlayır. Həmin yüksəkliklər möhkəmləndirilməli, təminat yolları çəkilməlidir. Bununla kifayətlənmək olmaz. Digər strateji əhəmiyyət daşıyan yüksəklikləri də götürməliyik.

Hesab edirəm ki, Qarabağ problemi mərhələli şəkildə öz həllini tapacaq. Artıq Paşinyan da bildirir ki, Zəngəzur dəhlizini açmağa razıdırlar. Bundan əlavə, sülhməramlıların bölgədə olmasının iki ili noyabr ayında tamam olacaq. Maraqlıdır ki, sülhməramlılar separatçı rejimlə görüş zamanı Azərbaycan bayrağını masa üzrinə qoymurdular, ancaq son görüşdə biz bunu da gördük.

Hesab edirəm ki, hazırkı təziyiqi davam etdirməliyik və sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazidə idarəçiliyi ələ almalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

915
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv