“Sumqayıt”ın oğurluq edən futbolçusu azadlığa çıxır?

Sumqayıtda kabel oğrluğuna görə saxlanılan “Sumqayıt” futbol klubunun futbolçusu Nicat Muxtarov bu gün azadlığa çıxa bilər.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, hazırda məsələ ilə bağlı danışıqlar davam edir. Mənbənin dediyinə görə, onun azadlığa çıxmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Muxtarov ötən mövsümün 26-cı turunda hakimləri təhqir etməsinə görə 4 oyunluq cəzalandırılıb və 3200 manat cərimə olunub. Ötən mövsümün son iki turunda, eləcə də bu mövsüm “Sumqayıt”ın “Kəpəz” və “Qəbələ” ilə oyunlarında meydana çıxmayan Nicat cəzasını çəksə də, pul AFFA-ya ödənilməyib.

“Sumqayıt”dan ona bildiriblər ki, cəriməni özü ödəməlidir. Nə qədər ki, pulu ödəməyib PFL onun meydana çıxmasına icazə verməyəcək. Futbolçu da 3200 manatı tez düzəltmək, meydana çıxmaq həvəsiylə dost-tanışa ağız açıb, yekunda uşaqlıq dostlarının təklifi ilə oğurluğa əl atıb.

COP29