Süni intellekt ən sirli əlyazmanı deşifrə etdi

media-hightechnic-468x90

Vatikan Kitabxanasının dərin arxivlərində qəribə simvollarla yazılmış sirli bir əlyazma 400 ildən sonra deşifrə edilib. 

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 408 səhifəlik, 34 müxtəlif sirli simvol, bəzi Roma hərfləri və ərəb dilində yazılmış Borq Şifrəsi süni intellektlə aparılan tədqiqatlar sayəsində deşifrə edilib.

Kitabda insan bədənindəki xəstəliklər üçün gizli müalicə vasitələri yer alıb (Həmin dövrdə məlumatların şifrələnərək gizli saxlanıldığına inanılır, çünki bəzi müalicə üsulları cadugərlik və ya qadağan olunmuş təcrübələrlə əlaqələndirilə bilərdi, – red)

İsveçdəki Stokholm Universitetinin hesablama linqvistikası professoru Beata Megyesinin də daxil olduğu komanda, süni intellekt üsullarından istifadə edərək kodu sındırmağı bacarıb.

Megyesi bu prosesi “hər simvolun və hər naxışın bizi itirilmiş dünyanın sirlərinə bir az da yaxınlaşdırdığı detektiv tədqiqat” kimi təsvir edib.

Tədqiqatçılar süni intellektin köməyinə baxmayaraq, şifrələmə açarının deşifrəsinin hələ də çox zəhmətli bir proses olduğunu vurğulayıblar.

Kodun deşifrə edilməsi həmin dövrün tibbi anlayışı haqqında çoxlu maraqlı məlumatlar üzə çıxarıb:

Bunlara dizenteriyanı müalicə etmək üçün bir neçə stəkan qırmızı şərab içmək və ya xəmirdə hindistan cevizini fermentləşdirmək kimi qeyri-adi üsullar daxildir.

Tədqiqatçılar qeyd edirlər ki, mətndə minlərlə müxtəlif müalicə təklifi var.

Mütəxəssislərin fikrincə, dünya miqyasında arxiv və kitabxanalardakı materialların təxminən 1%-i tam və ya qismən şifrələnmişdir. Bu sənədlərə diplomatik yazışmalar, tibbi məlumatlar, gizli cəmiyyətlərin qeydləri, sevgi məktubları və dövrün siyasi sirləri daxildir.

/unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05