Suqovuşanın elektrik enerjisi ilə təchizatı barədə SON VƏZİYYƏT

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatını davam etdirir.

Qurumdan Yenicag.az-a verilən məlumata görə, hazırda Tərtər yarımstansiyasından Suqovuşan qəsəbəsinə elektrik xətləri çəkilir: “Suqovuşana hazırda 35 kilovoltluq, müasir, innovativ yeniliklərin tətbiq olunduğu xətt çəkilir. Həmin xətt izolyasiyalı kabel vasitəsilə aparılır.

Bununla yanaşı, qəsəbənin özündə isə daxili şəbəkə təmamilə qurulub. Artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. Yaxın zamanda bununla bağlı qəsəbədə işlər başa çatacaq”.