Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani İranı Suriya xalqının iradəsinə və ölkənin suverenliyinə hörmət etməyə çağırıb.
Yenicag.az xəbər evrir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”, – Şeybani qeyd edib.
Xarici işlər naziri bildirib ki, İran Suriyada xaos yaymaqdan çəkinməlidir. O, Tehranı son bəyanatlarına görə məsuliyyətə çağırıb.
Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei Suriya gənclərini ölkədə qeyri-sabitliyi təşkil edənlərə qarşı qətiyyətlə dayanmağa çağırmışdı.
www.yenicag.az