!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada “fars barmağı” – Yaxın Şərq yenə də qanda BOĞULUR

!Reklam – Yazi

“Suriyadakı prosesin arxasında İranın olduğu məlumdur”.

Bu sözləri Suriyada baş verən prosesləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, prosesləri qızışdıran tərəf İran və İsraildir:

“Rusiya bu prosesdən kənardadır. Rusiya Suriyanın müvəqqəti hökumət ilə danışıqlar aparır. Bəşər Əsədin Suriya büdcəsindən oğurladığı pullar nağd şəkildə Dəməşqə ötürülür. Suriyadakı rus hərbi bazaların taleyi ilə bağlı da danışıqlar gedir. Çünki Rusiya hərbi bazalarının Suriyada qalması İsrailə sərf edir”.

Analitikin fikrincə, Suriyanın müvəqqəti hökuməti bəyanat verdi ki, “Hizbullah” Suriyada qarışıqlıq törədir:

“Birbaşa İranı ittiham etməsələr də, əslində, prosesin arxasında İranın olduğu məlumdur. Türkiyə xarici işlər naziri Hakan Fidan da İranın adın çəkməsə də, bildirdi ki, kim Suriyada qarışıqlıq yaratmaq istəyirsə, həmin hökumətlərin də taleyi eynən Suriyadakı kimi ola bilər”.

“Druzlar İsrailə müraciət ediblər ki, onları təhlükəsizliyini təmin etsinlər. Ələvilər də eynilə İsrailə müraciət ediblər. Onlar 50 ildən çox hakimiyyətdə olublar. Onlar 10 faiz olsalar da, əllərində böyük güclər var. İsrail də Suriyanın parçalanmasını istəyir. Ona görə ki, Suriyanın su ehtiyatlarının 30 faizi İsrailin nəzarəti altındadır. 5 ölkə Suriyada sabitliyin təmin olunması üçün pakt imzaladı. O dövlətlər imkan verməyəcək ki, Suriya parçalansın”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

www.yenicag.az

116
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv