İsrail hərbi kəşfiyyatda istifadə etmək üçün “Ofek-13” adlı casus peykinin yeni versiyasını kosmosa göndərib.
Yencag.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada, casus peykin Palmaçim Hava Bazasından Şavit raketi ilə buraxıldıqdan sonra orbitə müvəffəqiyyətlə yerləşdiyi bildirilib. İsrailin müdafiə naziri Yoav Gallant buraxılışdan sonra deyib:
“İsrail artıq müxtəlif kosmik imkanlarını dəfələrlə sübut edib. İsrail belə imkanlara malik olan çox az ölkələrdən biridir ki, biz inkişaf etdirməyə və gücləndirməyə davam edirik”.
İsrail Aerospace Industries (IAI) dövlət şirkətinin baş direktoru Boaz Levi deyib:
“Ofek-13 misilsiz radar müşahidə imkanlarına malik növünün ən qabaqcıl modelidir və istənilən hava və görünmə şəraitində kəşfiyyat məlumatlarının toplanmasına imkan verəcək”.
www.yenicag.az