Taksilərin sayına məhdudiyyət Çin maşınlarının qiymətinə NECƏ TƏSİR EDƏCƏK?

media-hightechnic-468x90

“Taksidə istifadə edilən avtomobillərə elə tələblər qoyulub ki, əsasən yeni maşınlar istismar olunmalıdır. Ona görə bu maşınlara hər zaman tələb olacaq”.

media-1739268974_1701093493_1

Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Qeyd edək ki, Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib.

Eldəniz Cəfərov taksilərə tətbiq olunan limitdən sonra ölkəyə gətirilən külli miqdarda maşınların qiymətində bahalaşma olub-olmayacağı barədə danışaraq bildirib ki, həmin hibrid avtomobillərin qiymətində enmə olacağını düşünmür:

“Tam əksinə, yeni ildə onların qiymətində yüksəlmə müşahidə edilə bilər. Çünki idxal zamanı hibrid avtomobillərə tətbiq olunan güzəştlər və əlavə dəyər vergisindən azad olmalar böyük ehtimalla ləğv edilə bilər. Əgər bu baş verərsə ölkəyə idxal olunan hibrid avtomobillərin qiyməti qalxacaq.

Taksidə istifadə edilən avtomobillərə elə tələblər qoyulub ki, əsasən yeni maşınlar istismar olunmalıdır. Ona görə bu maşınlara hər zaman tələb olacaq.

Əlavə olaraq qeyd etmək lazımdır ki, 25.000 taksi limiti yalnız Bakı şəhərinə aiddir. Xırdalan, Sumqayıt və digər şəhərlərə aid edilmir. Yəni bu qərar ümumilikdə bütün Azərbaycanı əhatə etmir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa