Əfqanıstan ordusu “Taliban” liderlərindən birini zərərsizləşdirib.
Yenicag.az “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan milli ordusunun 209-cu korpusunun Mətbuat mərkəzinin rəhbəri Hanif Rezai deyib.
“Minqacik rayonu ərazisində “taliblər”in hökumət mövqelərinə hücumundan sonra 1 saatdan çox davam edən silahlı toqquşma nəticəsində Nuriddinlə birlikdə beş silahlı öldürülüb, daha yeddi döyüşçü, həmçinin səhra komandiri yaralanıb”, – deyə o bildirib.
Rezai qeyd edib ki, toqquşmadan sonra silahlılar itki verərək geri çəkiliblər.