Tanınmış aktrisanın SON DURUMU: “Dava-dərman olmasa...”

media-hightechnic-468x90

Uzun müddətdir ki, sağlamlığında problemlər yaşayan tanınmış aktrisa Mənsumə Babayevanın hələ də sağlamlığı bərpa olunmayıb.

Aktrisanın ev şəraitində həkim nəzarəti altında müalicəsi davam edir.

Bu barədə Yenicag.az-a açıqlamasında aktrisa özü məlumat verib:

“Ancaq evdə oluram, heç yerə çıxa bilmirəm. Arada ayaq üstə gəzib yenə də yatağa uzanıram. Mütəmadi şəkildə dava-dərman qəbul edirəm, müalicə olunuram. Dava-dərman olmasa, səhhətim daha da pisləşir. Dünən də Milli Teatr günü idi. Səhhətim əl vermir, heç teatra da gedə bilmədim”.

Qeyd edək ki, sinəsində şiş aşkarlanan aktrisa 2022-ci ildə Milli Onkologiya Mərkəzində ikinci dəfə əməliyyat olunub. O, eyni zamanda, şəkər xəstəliyi və insultdan da əziyyət çəkir.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600