Tanınmış rejissordan gediş haqqının artmasına REAKSİYA: “Etiraz etdik, sonra “tasa-pasa”mız yatdı”

“Əvvəl də gediş haqqı qalxanda etiraz etdik, amma nə xeyri… “Tasa-pasa”mız yatdı, dediklərini də etdik…”

Bunu tanınmış rejissor Ramin Hacıyev Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatda qiymət artımına münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

O belə məqamlarda etiraz etməyin də faydasının olmadığını təəssüf hissi ilə bildirib:

“Gediş haqqının artırılması xəbərini eşitdim və təbii ki, sevinmədim. Qiymət artımına kim sevinər ki? Onsuz da marketlərdə hər şeyin qiyməti günü-gündən qalxır. Adam özünə sual verir ki, görəsən, bundan sonra vəziyyət necə olacaq? Belə də ki, necə olacaq, əvvəlki kimi. Əvvəl gediş haqqı artanda bir az etiraz etdik, amma yenə də “tasa-pasa”mız yatdı. Necə dedilər, elə də etdik. Belə bir ritorik sualla cavab vermək istəyirəm: “Lap qiyməti bir manata da qaldırsalar, biz nə karəyik ki, nə də deyək”.

Cəvahir