Xankəndidə VII Ənənəvi Türkologiya Yay Məktəbi keçiriləcək
Xankəndi növbəti dəfə beynəlxalq elmi tədbirə ev sahibliyi edəcək.
Yenicag.az xəbər verir ki, Beynəlxalq Türk Akademiyası, Türkiyə Elmlər Akademiyası və Qarabağ Universitetinin birgə əməkdaşlığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan VII Ənənəvi Türkologiya Yay Məktəbinə müraciətlərin qəbulu başlayıb.
Proqram 10–17 avqust 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin ev sahibliyi ilə keçiriləcək.
Müraciət şərtləri, seçim meyarları və tələb olunan sənədlərlə bağlı ətraflı məlumatı Türk Akademiyasının rəsmi internet səhifəsi və “Facebook” sosial media hesabı vasitəsilə əldə etmək mümkündür.